Gürcüstan Rusiya Federasiyasını bu ölkə tərəfindən işğal olunmuş ərazilərdə altı Gürcüstan vətəndaşını qaçırmaqda ittiham edib.
Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) sədrinin birinci müavini Aleksi Batiaşvili bildirib.
“Bu gün səhər saatlarında daha 6 həmvətənimiz işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılıb”, - deyə o, oğurluğun dəqiq harada baş verdiyini açıqlamayıb.
Batiaşvilinin sözlərinə görə, oğurluq faktı artıq təsdiqlənib,
QAZİLER.AZ