NATO Avropadakı 300 min əsgərini yüksək hazırlıq vəziyyətinə gətirməyi planlaşdırır

NATO Avropadakı 300 min əsgərini yüksək hazırlıq vəziyyətinə gətirməyi planlaşdırır backend

NATO-nun yeni hərbi planlarına Avropada 300 000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi daxildir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə iyulun 7-də NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında məlumat verib.

“Biz əsas təhdidlərimiz olan Rusiya və terrorizmlə mübarizə üçün üç yeni müdafiə planı ilə  əlavə addımlar atacağıq. Planlardan biri Şimali və Atlantik, digəri Mərkəzi Avropa, üçüncüsü isə Aralıq dənizi və Qara dəniz regionları üçün nəzərdə tutulub. Bu planları yerinə yetirmək üçün NATO 300 min əsgərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirir”, o, mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu planlar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitindən sonra qəbul olunacaq. Suda və havada olan hərbi qulluqçular da yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

QAZİLER.AZ

Diaspora