Fransada 17 yaşlı gənci qətlə yetirdiyinə görə saxlanılan polis məmuru üçün külli miqdarda pul yığılarkən, öldürülən yeniyetmənin doğulduğu şəhərətrafı qəsəbədə insanlar onlara qarşı olan irqçi rəftardan danışıblar.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, iyunun 27-də Fransada 17 yaşlı Nael M.-nin polis gülləsi ilə öldürüldüyü Paris ətrafı Nanterredə yaşayan Afrika və ərəb əsilli vətəndaşlar ölkədəki xroniki polis zorakılığından və irqçilikdən şikayət edirlər.
QAZİLER.AZ