NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin liderlərinin Ukraynanın NATO-ya üzv olacağını təsdiqləyəcəyinə ümid edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Stoltenberqin mətbuat konfransına istinadən xəbər verir.
NATO-nun baş katibi qeyd edib ki, sammitdə üzv ölkələr Ukraynanı daha da gücləndirəcək.
O ümid edir ki, Alyans liderləri Ukraynanı NATO-ya yaxınlaşdıracaq üç elementdən ibarət paket üzərində razılığa gələcəklər.
Birincisi, onlar Ukrayna ordusu ilə NATO arasında tam əməkdaşlığı təmin etmək üçün illik yardım proqramını razılaşdıracaqlar. Müttəfiqlər Ukraynaya yanacaq və dərman kimi əsas ehtiyaclar üçün 500 milyon avro verəcəklərini vəd edirlər. Onlar həmçinin Ukraynanın müdafiə ehtiyaclarını, o cümlədən hərbi xəstəxanaları təmin etməyə kömək edəcəklər.
İkincisi, Ukrayna-NATO Şurası yaratmaqla siyasi əlaqələri yaxşılaşdıracaqlar.
Stoltenberq üçüncü məqamı belə dilə gətirib: “Ümid edirəm ki, Alyansın liderləri Ukraynanın NATO-ya üzv olacağını təsdiq edəcək və Ukraynanı öz məqsədinə necə yaxınlaşdırmaq məsələsində həmrəy olacaqlar”.
QAZİLER.AZ