Rusiyada partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayışda 6 nəfər ölüb

Rusiyada partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayışda 6 nəfər ölüb backend

Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki "Promsintez" zavodunda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə “İzvestiya” məlumat verib.

Hadisə səhər saat 11 radələrində müəssisənin ərazisindəki boru kəmərində təmir işləri aparılan zaman baş verib. Sonradan hər hansı yanğın qeydə alınmayıb və hadisə nəticəsində dağıntı olmayıb.

Yaralılara  tibbi yardım göstərilir.

Qeyd olunur ki, zavod partlayıcı maddələr istehsal edir.

QAZİLER.AZ

Diaspora