Almaniyanın xarici işlər naziri Kiyevə kasetli sursatların tədarükünə qarşı çıxıb

Almaniyanın xarici işlər naziri Kiyevə kasetli sursatların tədarükünə qarşı çıxıb backend

Almaniya Ukraynaya kaset sursatlarının göndərilməsinə qarşıdır. Berlin bu silahların yayılmaması haqqında konvensiya imzalayıb.

RBC-Ukrayna Reuters-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Berbok bildirib ki, Almaniya kaset silahları haqqında Konvensiyaya üzv olan 111 dövlətdən biri kimi sursatların Ukraynaya ötürülməsinə qarşıdır. ABŞ, Ukrayna və Rusiya konvensiyanı imzalamayıb.

Vyanada keçirilən iqlim konfransında jurnalistin ABŞ rəsmilərinin açıqlamasını şərh etmək xahişinə cavab olaraq Berbok deyib: "Mətbuatdakı xəbərləri izlədim. İştirakçı dövlət olaraq Oslo razılaşması bizə aiddir".

Berbok 2008-ci ildə Norveçin paytaxtında imzalanan müqaviləni nəzərdə tutur. O, kaset sursatlarının istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edir.

Ağ Ev bildirib ki, kaset sursatlarının Ukraynaya göndərilməsi “aktiv olaraq nəzərdən keçirilir”.

QAZİLER.AZ

Diaspora