ABŞ-ın Avropadakı ordu birləşmələrinin komandanı, general-leytenant Ben Xodces NATO müttəfiqlərinin Rusiyaya uduzmasının əsas üç faktorunu açıqlayıb. APA TV-nin "Breaking Defense" portalına istinadən verdiyi məlumata görə, amerikalı generalın birinci növbədə müdafiə təminatlı rabitə əlaqələrinin kifayət qədər təhlükəsiz olmadığını vurğulayıb.
Ben Xodces bildirib ki, əgər belə olmasaydı müttəfiqlər ABŞ ordu komandanlığı ilə rahat şəkildə təmas qura və qarşılıqlı informasiyalar ötürə bilərdilər. İkinci səbəbə gəlincə, hərbçi deyib ki, ümumi informasiya bazası ümumiyyətlə yoxdur. Bu isə ABŞ və müttəfiqlərinə əməliyyatları izləməyə və analiz etməyə imkan vermir.Sonuncu - üçüncü amil isə etibarlı sistemin mövcud olmamasıdır. Bu isə radarlara, artilleriya qurğularına və hərbçilərin manevrlərinə nəzarət etməyi mümkünsüz edib.