Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı amerikalı general Milliyə əks-hücumla bağlı vəziyyətin plana uyğun inkişaf etdiyini bildirib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millli ilə Ukrayna qüvvələrinin əks-hücum əməliyyatı barədə danışıb. O, bu barədə Telegram-da məlumat verib.
Zalujnının sözlərinə görə, o, amerikalı generala cəbhədəki əməliyyat vəziyyəti, eləcə də Ukrayna hərbçilərinin hücum əməliyyatlarını davam etdirməsi barədə məlumat verib.
"Vəziyyət plan üzrə inkişaf edir, təşəbbüs bizim əlimizdədir", - Zalujnı bildirib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözlərinə görə, onlar Milli ilə Ukrayna ərazisinin rus işğalçılarından azad edilməsini davam etdirmək üçün silahlı qüvvələrin silah və sursata təcili ehtiyaclarını müzakirə ediblər.
QAZİLER.AZ