ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media hesabında keçmiş ABŞ prezidenti Barak Obamanın ev ünvanını paylaşıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, həmin gün Obamanın evinin yaxınlığında bir şübhəlinin tutulduğu açıqlanıb.
Federal prokurorların verdiyi açıqlamada, Trampın keçmiş prezident Obamaya məxsus olduğu deyilən mülkün ünvanını sosial media platforması Truth Social-da paylaşdığı gün bu ünvanın yaxınlığında mikroavtobusda silahlı şəxsin saxlanıldığı bildirilib.
Vaşinqton əyalətində ailəsi olduğu bildirilən şübhəlinin daha əvvəl İraqda ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi paylaşılıb.
Bildirilib ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri bir müddətdir ki, Tarantonun internet və sosial şəbəkələrdəki hərəkətlərini izləyir.
ABŞ mediasında Trampın 29 iyunda Obamanın ev ünvanını paylaşdığı və bu paylaşımdan sonra Tarantonun ünvana yaxın FTB agentləri tərəfindən müəyyən edildiyi bildirilib.
QAZİLER.AZ