"Justice For All ve Platform" nəşri 16 iyul 2023-cü ildə keçiriləcək beynəlxalq toplantıda Hindistan müsəlmanlarının üzləşdiyi vəziyyəti qiymətləndirmək üçün bir tədbir elanını paylaşıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, elanda belə deyilir:
"Justice For All ve Platform" jurnalı olaraq 16 iyul 2023-cü il tarixində “Hindistanda Azlıqların Problemləri” mövzusunda beynəlxalq toplantı keçiririk.
Uzun illərdir Hindistanda yaşayan müsəlmanlar ciddi və sistematik insan haqları pozuntularına və təqiblərə məruz qalıblar. Məhkəməsiz edamlar, işgəncə və pis rəftar, inanc və ifadə azadlığına təzyiqlər, üstü açılmamış qətllər xüsusilə müsəlmanlar üçün dəhşətli həddə çatıb. Lakin bu təzyiqlər təkcə müsəlmanlara qarşı deyil.
Təkcə bu iyun ayında Hindistanda 200-dən çox xristian kilsəsinin yandırıldığını bilirdinizmi?
Siz də yəqin ki, bir hindu parlamentarisinin 200 milyon müsəlmanın soyqırımına çağırışını eşitməmisiniz...
Müsəlmanların mövcud vəziyyətini, qanun pozuntularını, səbəblərini, qarşısının alınması yollarını, sistematik ədalətsiz əməlləri müzakirə edib anlamaq, türk və dünya ictimaiyyətinə çatdırmaq üçün toplantı təşkil edirik.
Səhər saat 10:00-da başlayacaq görüşümüz naharla yekunlaşacaq. Zəhmət olmasa gəlib Hindistanın nəyi gizlətdiyini şahidlərin öz dilindən eşidin".
QAZİLER.AZ