NATO-nun baş katibi: Ərdoğan və Kristerssonla görüşəcəyəm

NATO-nun baş katibi: Ərdoğan və Kristerssonla görüşəcəyəm backend

Kritik zirvə görüşündən sonra açıqlama verən Stoltenberq İsveçdəki nümayişlərə işarə edib. NATO baş katibi bu yolla Stokholmun iştirakının qarşısını almağa cəhd edildiyini bəyan edərək, liderlərlə görüşəcəyini bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə, İsveç və Finlandiya arasında xarici işlər nazirləri səviyyəsində görüş keçirilib.

Stokholmun NATO prosesi ilə bağlı Belçikanın paytaxtı Brüsseldə keçirilən kritik toplantıda kəşfiyyat rəhbərləri də iştirak edib.


Görüşdən sonra çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq keçirməyə hazırlaşdığı görüşlə bağlı bunları deyib:

"Bazar ertəsi bu prosesin növbəti mərhələsi olaraq Vilnüsdə prezident Ərdoğan və İsveçin baş naziri Kristerssonla görüşəcəyəm".

Görüşdə müzakirə olunanlara toxunan Stoltenberq müsbət irəliləyiş əldə etdikləri barədə razılaşdıqlarını bildirib.


“İsveçin NATO-ya üzv olması bütün müttəfiqlərin marağındadır”. Stoltenberq deyib:

"Biz bu prosesi mümkün qədər tez başa çatdırmaq istəyirik. İsveçdə Türkiyə və NATO əleyhinə nümayişlər gördük. Onlar İsveçin NATO-ya daxil olmasına mane olmaq istəyirlər".

NATO baş katibi: "İsveçin iştirakının daha da gecikməsi PKK və Rusiya prezidenti Putini sevindirəcək." ifadəsini işlədib.

QAZİLER.AZ

Diaspora