İsveç terror təşkilatlarını dəstəkləyənlərə həbs cəzasını nəzərdə tutan qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, qanun terror təşkilatlarını dəstəkləyənlərə ən çox 4 il həbs cəzasının verilməsini nəzərdə tutur.
Ölkədə terror təşkilatı olan PKK-ya maliyyə dəstəyi göstərən bir türk vətəndaşına artıq 4 il yarım cəza verilib.
Məlumata görə, həmin şəxs yanvar ayında odlu silahdan istifadəyə görə saxlanılmışdı. Prokurorluqdan bildirilmişdi ki, o, təhdid yolu ilə PKK-ya maliyyə dəstəyini təşkil edir. Qeyd edilmişdi ki, hələlik adı açıqlanmayan həmin şəxs İsveçdə PKK üzvlərinin fəaliyyətində həlledici rol oynayır.
Fransa və Almaniya kəşfiyyatları da məlumatı təsdiqləmiş, həmin şəxsin PKK-ya maddi dəstək göstərdiyini açıqlamışdı.