Çeçenistanda pilotsuz təyyarələrin buraxılması müvəqqəti qadağan edilib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, müvafiq fərmanı ölkənin lideri Ramzan Kadırov imzalayıb.
Məhdudiyyətlər yeni bölgələrdə hərbi vəziyyətlə əlaqədar Rusiya Federasiyasının subyektlərində görülən tədbirlər haqqında prezidentin fərmanı çərçivəsində tətbiq edilən rejimin ləğvinə qədər qüvvədə qalacaq.
“Dövlət orqanları və onların tabeliyində olan qurumlar, dövlətin tələblərini yerinə yetirən təşkilatlar istisna olmaqla, Çeçenistan Respublikasının ərazisi üzərindəki hava məkanında pilotsuz mülki hava gəmilərinin istifadəsini müvəqqəti qadağan edilsin!” - fərmanın mətnində qeyd edilib.
QAZİLER.AZ