Tuvada qarayara xəstəliyinə yoluxanların sayı artıb

Tuvada qarayara xəstəliyinə yoluxanların sayı artıb backend

Rusiyanın Tuva Respublikasında  qarayara xəstəliyinə 5-ci yoluxma halı aşkar edilib. Xəstələrin vəziyyəti stabildir.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb. Qurumun məlumatına görə, epidemiya zamanı 150 nəfər peyvənd edilib, 39 min kvadratmetr metr ərazi isə dezinfeksiya edilib.

“Tuva Respublikasında təmasda olan şəxslərin monitorinqi zamanı daha bir qarayara yoluxma faktı qeydə alınıb. Təsdiqlənmiş halların ümumi sayı beşə çatıb. Zərərçəkənlərin vəziyyəti stabildir. Onlara bütün lazımi tibbi yardım göstərilir”, - məlumatda deyilib.  

Qarayara "bacillus anthracis" bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir və kəskin və xüsusilə təhlükəli olaraq təsnif edilir. Qarayara xəstəliyinin törədicisi ətraf mühit və heyvanlardır.

QAZİLER.AZ

Diaspora