Almaniyada ərzaq qiymətlərinin artması səbəbindən “Tafel Deutschland” birliyində ehtiyacı olanlara ərzaq paylanmasında fövqəladə vəziyyətin yarandığı bildirilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Almaniya Sosial Yardım Birliyinin (Sozialverband Deutschland) prezidenti Michaela Engelmeier bildirib.
O, yüksək inflyasiya və qiymət artımları dövründə nəinki sosial yardım alanların, hətta milyonlarla aztəminatlı insanların və təqaüdçülərin ərzaq ala bilmədiklərini qeyd edib.
" "Tafel"in Almaniyadakı işi hamımızın hörmət və təqdirinə layiqdir, lakin dolanışığın təmin edilməsi üçün məsuliyyət "Tafel"in deyil, dövlətin üzərinə düşür", - Engelmeier deyib.
“Tafel” keçən il ehtiyacı olanlara paylayacaq qidası olmadığı üçün filiallarının üçdə birini bağladığını açıqlayıb.
QAZİLER.AZ