Rusiyada məscidə girən şəxs çoxlu sayda Quranı yandırdı - VİDEO

Rusiyada məscidə girən şəxs çoxlu sayda Quranı yandırdı - VİDEO backend

Rusiyanın Kabarda-Balkar Respublikasında naməlum şəxs məsciddə 20 ədəd Quranı yandırıb.

Qaziler.az xəbər verir ki, hadisə gecə vaxtı Kabardin-Balkar Respublikasının (Kabardino) Çegemski şəhərinin Dutsi kəndində baş verib.

Kəndin məscidinə girən kişinin Quranları yandırmazdan əvvəl üzərlərinə benzin tökdüyü görüntülənib.

Çegemski rayonunun rəhbəri Yuri Borisov hadisənin islamafobiyadan qaynaqlanmadığını, saxlanılan şəxsin öz ağlı ilə hərəkətə keçdiyini bildirib. Sosial şəbəkədəki paylaşımında həmin şəxsin psixoloji problemlərinin olduğunu da qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyunun 28-də verdiyi bəyanatda bəzi Qərb dövlətlərindən fərqli olaraq Qurana edilən hörmətsizliyin Rusiyada cinayət hesab edildiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora