Fransada 17 yaşlı gənci öldürən polis üçün 1,6 milyon avro toplandı

Fransada 17 yaşlı gənci öldürən polis üçün 1,6 milyon avro toplandı backend

Fransada 17 yaşlı Nael M-i öldürən polis məmurunun ailəsi üçün başladılan və 1,6 milyon avroya çatan ianə kampaniyası ölkədə müzakirələrə səbəb olub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, dünən gecədən etibarən az bir müddətdə 1 milyon 636 min 220 avroya çatan "Nanterre polisinin ailəsinə dəstək" adlı kampaniyaya təxminən 45 min adam qatılıb.

İfrat sağçı Erik Zemmurun keçmiş sözçüsü Jan Messihanın “Gofundme” platformasında Naeli öldürən polis məmurunun ailəsinə dəstək məqsədilə başladılan ianə kampaniyasının qanuni olub-olmadığı müzakirə edilib.

Ölkənin Baş naziri Elizabet Borne yalnız məhkəmələrin kampaniyanın qanuni olub-olmamasına qərar vermə biləcəyini bildirib.

Lakin Naelin ailəsini dəstəkləmək üçün toplanan rəqəm dünən gecədən etibarən 400 min avroya çatıb.

QAZİLER.AZ

Diaspora