Elektrikli avtomobillər son illər çox populyarlaşıb və bir çox marka bu bazara böyük sərmayə qoyur. Bu markalardan biri olan “Porsche” 2030-cu ilə qədər satışların 80 faizinin elektrikli olacağını açıqlayıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, transformasiya prosesinin yol xəritəsini açıqlayan "Porsche" CEO-su Oliver Blume bu prosesi necə idarə edəcəklərini də paylaşıb. Məsələn, “Taycan”a qoşulan ilk elektrikli modeli 2024-cü ildə satışa çıxarılacaq “Macan” olacaq.
“718 Boxster/Cayman” modelləri də 2025-ci ildən başlayaraq elektrikli versiyaları ilə yola çıxacaq.
Brend tərəfindən təsdiqlənmiş bu məlumata görə, elektrikli “Macan” 610 at gücünə və 100 kVt/saat batareya paketinə sahib olacaq.
“Porsche” “Macan”ın ön və arxa oxlarının hər birində xeyli müddətdir satışda olan “Taycan”a bənzər elektrik mühərriki olacaq.
Lakin “Macan”dakı mühərriklərin güc sıxlığını və səmərəliliyini artırmaq üçün intensiv yenilənmə prosesindən keçdiyi bildirilib.
QAZİLER.AZ