Rusiyada məşhur teleaparıcı və heyvan hüquqlarının müdafiəçisi İlona Bronevitskaya heyvanlar üzrə ombudsman olmaq istədiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “NEWS.ru”ya müsahibəsində açıqlayıb.
O, Dövlət Dumasının deputatı Dmitri Qusevin belə bir mövqe yaratmaq təklifini müsbət qiymətləndirib və ölkənin ümumrusiya heyvan müdafiəçisinə ehtiyacı olduğunu vurğulayıb.
"Mən heyvanlarla məşğul olan ombudsman olmaq istərdim. Bu məsələyə nə qədər diqqət yetirilsə, ölkə bir o qədər yaxşı olar. Bu, cəmiyyətin güzgüsüdür”, - Bronevitskaya bildirib.
Hazırda teleaparıcı sahibsiz heyvanların sayının tənzimlənməsi məsələsi üzrə Moskva vilayətinin qubernatorunun ictimai məsləhətçisidir.
QAZİLER.AZ