Portuqaliya prezidenti Marselo Rebelo de Souza Lissabonun cənubundakı Kosta de Kaparikada universitetə baş çəkərkən huşunu itirib.
Qaziler.az bildirir ki, bu barədə EFE xəbər agentliyi prezident ofisindəki mənbələrə istinadən xəbər verir.
74 yaşlı ölkə lideri dərhal xəstəxanaya aparılıb.
Qeyd edək ki, de Souza 2016-cı ildən Portuqaliyaya rəhbərlik edir. Onun keçmişdə səhhətində problemlər olub. 2018-ci ildə Braqaya səfəri zamanı yıxılıb. 2017 və 2021-ci illərdə prezidentin bir neçə yırtığı götürülüb. 2019-cu ilin oktyabr ayında kateterizasiya prosesi zamanı böyük bir koronar tıxanması aradan qaldırılıb.
QAZİLER.AZ