Çin ABŞ-ni Tayvana təxminən 440 milyon dollar dəyərində hərbi texnikanın satılmasını nəzərdə tutan müqaviləyə görə adanı barıt çəlləyinə çevirməkdə ittiham edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kıfey verdiyi açıqlamada ABŞ-nin Çinin narahatlıqlarına məhəl qoymadığını, daxili işlərinə qarışdığını və Tayvan boğazında qəsdən gərginliyi artırdığını bildirib.
Kıfey, "Bu addım Tayvanın barut çəlləyinə çevrilməsini sürətləndirməyə və tayvanlıları fəlakət uçurumuna sürükləməyə bərabərdir" deyib.
Müstəqillik üçün gücdən istifadənin uğursuzluğa düçar olacağını müdafiə edən Kıfey Çin Xalq Azadlıq Ordusunun hər zaman hazır olduğunu və Tayvan boğazında sülh və sabitliyi qoruyacağını qeyd edib.
QAZİLER.AZ