Fransa prezidenti Emmanuel Makronun lazım gələrsə sosial mediaya girişinin bloklana biləcəyi ilə bağlı açıqlaması reaksiyalara səbəb olub.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə “Boyun əyməyən Fransa” partiyasının parlament qrupunun sədr müavini Matilda Panot tvitterdə şərh verib. O, Fransa prezidentini Şimali Koreya lideri Kim Çen Inla müqayisə edib.
Fransız deputat Olivier Marleix isə: "Sosial media şəbəkələrinə girişi bağlayın? Çin, İran, Şimali Koreya kimi?" O, Makronun bu açıqlamaları ilə diqqəti yayındırmaq istədiyini iddia edib.
Xatırladaq ki, dünən Yelisey sarayında 17 yaşındakı gəncin polis tərəfindən öldürülməsindən sonra etirazların baş verdiyi şəhərlərin bələdiyyə sədrləri ilə görüşündə Macron “İşlər cığırından çıxdıqda (sosial media şəbəkələrinə) girişi tənzimləmək və ya kəsmək mövqeyində olmalıyıq”, deyib.
QAZİLER.AZ