Bodrum sahilləri meksikalı milyarderin yaxtasına ev sahibliyi edib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, iş adamı Rikardo Plieqoya məxsus yaxta Yalıkavakda dayanıb.
Lüks yaxta üçün 16 milyon lirə dəyərində 600 ton yanacaq alınıb. Gəmiyə təxminən 10 saat yanacaq doldurulub.
Məlumatda qeyd edilir ki, 67 yaşlı milyarderin 105 metr uzunluğunda və 210 milyon dollar dəyərində olan "Lady Moura" yaxtası dünən Yalıkavak sahillərinə gəlib. Ümumilikdə 18 tankerə 600 ton yanacaq əlavə edilərkən yanacağın ümumi dəyərinin 16 milyon lirə olduğu bildirilib.
Təxminən 80 nəfərlik heyəti, tam təchiz olunmuş xəstəxanası, göyərtəsindəki əsl qumlu çimərliyi və təxminən 20 metr uzunluğundakı yemək masası ilə diqqət çəkən "Lady Moura"nın bundan əvvəl George H.W. Buş və həyat yoldaşı Barbara daxil olmaqla dünyanın bir çox məşhuruna ev sahibliyi edib.
Moura master suit, VIP suit və 11 əlavə kabinədən ibarət 13 kabinədə 27 qonağı qəbul edə bilər.
Lüks gəmidə həmçinin helikopter meydançası, kinoteatr, DJ otağı olan diskoteka, idman zalı, iş otağı və həm qonaqlar, həm də heyət üçün sağlamlıq mərkəzi var.
QAZİLER.AZ