Türkiyədə 6 ayda təxminən 53 min dəfə zəlzələ olub

Türkiyədə 6 ayda təxminən 53 min dəfə zəlzələ olub backend

Fevralın 6-da əsrin fəlakətinin yaşandığı Türkiyədə ilin birinci yarısında 4 və daha çox bal gücündə 52 min 993 dəfə yeraltı təkanlar baş verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Afət və Fövqəladə Halların İdarəetmə Nazirliyi (AFAD) tərəfindən məlumat dərc edilib.

Türkiyədə və onun ətrafında baş verən zəlzələlərin Avropanın ikinci ən böyük zəlzələ monitorinq stansiyasına sahib olan AFAD tərəfindən idarə olunan 1143 zəlzələ qeyd stansiyalarının gecə-gündüz, 24 saat izlənildiyi və qeydə alındığı ifadə edilib. Türkiyə tarixində ən böyük zəlzələlərin fevralın 6-da saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda, 13.24-də isə 7.7 və 7.6 bal gücündə Kahramanmaraşın Elbistanında müşahidə edildiyi qeyd edilib.

2023-cü ilin 1 yanvar-30 iyun tarixləri arasında, yəni 2023-cü ilin ilk altı ayında Türkiyə və ətraflarında baş verən zəlzələ məlumatları təhlil edildikdə, onlardan 669-nun 4.0-4.9 bal gücündə, 58-nin 5.0-5.9, 2-nin 6,0-6,9, 2-nin 7,0-7,9 arasında olmaqla cəmi 52 min 993 zəlzələ baş verib.

Aylıq zəlzələ məlumatları qiymətləndirilən zaman bu zəlzələlərin 3 min 123-ü yanvar, 14 min 231-i fevral, 13 min 958-i mart, 9 min 172-si aprel, 7 min 138-i may, 5 min 371-i iyun ayıda meydana çıxdığı müşahidə edilib.

QAZİLER.AZ

Diaspora