Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verəcək - İspaniyalı nazir

Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verəcək -  İspaniyalı nazir backend

İspaniyanın xarici işlər naziri Albares deyib ki, Türkiyə yaxın zamanda İsveçin NATO-ya daxil olmasına razılıq verəcək.

Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verəcəyini ehtimal edir. Diplomat bu barədə Bloomberg-ə müsahibəsində deyib.

Onun fikrincə, Stokholm və Ankara arasında münasibətlər dalandan çıxacaq və nəticədə İsveç Şimali Atlantika Alyansının üzvü olacaq.

“Türkiyənin İsveçin üzvlüyünə etirazı yoxdur. Bəzi təhlükəsizlik məsələləri var ki, onları həll etmək lazımdır”, - deyə ispaniyalı nazir bildirib.

QAZİLER.AZ

Diaspora