ABŞ-ın Texas ştatında festival iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, yerli televiziyaya danışan polis rəsmilərinin verdiyi məlumata görə, atışma dünən axşam Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində baş verib.
Adıçəkilən məhəllədə hər il keçirilən ComoFest festivalının iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Hücumda neçə nəfərin əli olduğu bilinməsə də, hələlik heç kim nəzarətə alınmayıb.
QAZİLER.AZ