Yaponiya iyulun 4-də sunami nəticəsində dağılmış Fukusima AES-dən təmizlənmiş radioaktiv suyu okeana atmaqla bağlı BMT-nin nüvə nəzarəti orqanından razılıq alıb.
Qaziler.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bundan əvvəl isə Pekin və bəzi yerli sakinlərin güclü müqaviməti olub.
Beynəlxalq Atom Enerjisi Agentliyi iki illik araşdırmadan sonra Yaponiyanın planlarının dünya təhlükəsizlik standartlarına cavab verdiyini və insanlara və ətraf mühitə cüzi radioloji təsirlər göstərəcəyini bildirib.
QAZİLER.AZ