Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov ordusunun əks-hücum zamanı strategiyasını dəyişdiyini bildirib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkədə qeyd edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin vəzifəsi irəli getmək deyil, Rusiya ordusunun resurslarını tükəndirməkdir.
“Bir nömrəli tapşırıq Rusiya ordusunun canlı qüvvəsini, texnikasını, yanacaq anbarlarını, döyüş sursatlarını, komanda məntəqələrini, artilleriya və hava hücumundan müdafiə qüvvələrini maksimum dərəcədə məhv etməkdir”, - Danilov yazıb.
QAZİLER.AZ