Rusiya, Suriya və İran Bağdadda Hərbi Koordinasiya Komitəsi yaradıb

Rusiya, Suriya və İran Bağdadda Hərbi Koordinasiya Komitəsi yaradıb backend

Bağdadda Rusiya, Suriya və İranın Hərbi Koordinasiya Komitəsi yaradılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

KİV-lərin məlumatına görə, komitə İŞİD-lə mübarizə aparan və İran tərəfindən dəstəklənən şiə silahlı birləşmələri ilə addımları əlaqələndirəcək.

ABŞ kəşfiyyatı bildirir ki, yaradılan qurumda orta vəzifəli rusiyalı məmurlar da fəaliyyət göstərir. İraq hökumətinin komitədə rolu barədə hələlik məlumat verilmir.
Diaspora