“Titanik”in qalıqlarına tur təşkil edən “OceanGate” şirkəti bir neçə gün əvvəl “Titan” gəmisində 5 nəfərin ölməsinə baxmayaraq, yenidən biletlərini satışa qoyub.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, şirkətin qalmaqallı addımı birmənalı qarşılanmayıb.
Paylaşılan elana görə biletləri 12-20 iyun və 21-29 iyun 2024-cü il tarixləri arasında iki reys üçün əldə etmək olar. Saytda biletlərin qiyməti yenə də 250 min dollar olaraq göstərilib.
Qeyd edək ki, iyunun 18-də 5 milyarderin olduğu “Titan” sualtı qayığı “Titanik”in qalıqlarını görmək üçün Atlantik okeanına dalıb. Lakin bir müddətdən sonra qayıq radar itib və 5 nəfərin öldüyü açıqlanıb.
QAZİLER.AZ