Kuba rəhbəri Raul Kastro BMT Baş Assambleyasında iştirak etmək üçün ölkə rəhbəri qismində ilk dəfə Nyu Yorka səfər edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Marti Noticias məlumat yayıb.
Bundan əvvəl onun qardaşı Fidel Kastro 2000-ci ildə BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.Münasibətlərin gərginləşdiyi dövrdə ölkəni Assambleyada XİN rəhbəri təmsil edib.
Bu Raul Kastronun ABŞ-a ikinci səfəridir. Bundan əvvəl Kastro qardaşları 1959-cu ildə Texas şəhərində olublar.