Suyun içində xidmət göstərən ofisiantın görüntüləri məmurları ayağa qaldırdı - FOTO

Suyun içində xidmət göstərən ofisiantın görüntüləri məmurları ayağa qaldırdı - FOTO backend

Yay mövsümünün davam etdiyi bir vaxtda istirahət zonasından çəkilən görüntülər  Yunanıstanda ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, görüntülər Yunanıstanın Rodos adasında turistlərin böyük maraq göstərdiyi "beach club"da çəkilib.  

Belə ki, Rodosda istirahət məkanında çəkilmiş kadrlarda köynək və şortik geyinmiş ofisiant məcməyini sinəsinə qədər qaldıraraq, loja adlanan xüsusi platformada günəş vannası qəbul edən və istirahət edənlərə xidmət edir. Sosial mediada paylaşılan görüntülər birdən-birə paylaşma rekordu qırıb və böyük əks-səda doğurub.

Reaksiya artdıqdan sonra Yunanıstan səlahiyyətliləri araşdırma başladıb. Məkan sahibinin Yunanıstan parlamentinin yeməkxanasını idarə edən bir sahibkar olduğu məlum olub. Əmək naziri Adonis Georgiadis və dənizçilik naziri Miltiadis Varvitsiotis də araşdırmanın başladığını təsdiqləyib.

“Bu görüntülər ürəkaçan deyil. Görən kimi müfəttişləri göndərdim. Hamımız başa düşməliyik ki, köləlik dövrü başa çatıb. İşçilər qul deyil, haqqı olan insanlardır. Biz bu hüquqları əldə etmək üçün buradayıq. Bunu unudan hər bir iş adamı bunun qarşılığını alacaq”, - Georgiadis deyib.

QAZİLER.AZ

Diaspora