“Titan” gəmisində batanlar ölməzdən əvvəl musiqi dinləyiblər - FOTO

“Titan” gəmisində batanlar ölməzdən əvvəl musiqi dinləyiblər - FOTO backend

Titanikin qalıqlarını görmək üçün Atlantik okeanına dalan və “Titan” sualtı qayığında həyatını itirən 5 nəfərin son anlarının təfərrüatları paylaşılıb.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, dünyasını dəyişən şahzadə Davudun həyat yoldaşı və Süleyman Davudun anası Kristin Davut ekipajın ölməzdən əvvəl qaranlıqda sevdikləri musiqiyə qulaq asdıqlarını bildirib. Davud həmçinin bildirib ki, “OceanGate” şirkətinin baş direktoru onları razı salmaq üçün Londona gəlib.

Britaniya əsilli pakistanlı milyarder və oğlunun yoxa çıxan "Titan" sualtı qayığına minməzdən əvvəl son fotoları ortaya çıxıb. 58 yaşlı Şahzadə Davud və 19 yaşlı oğlu Süleyman adambaşı 250 min dollara başa gələn və daha 3 nəfərin iştirak etdiyi səfərdə sualtı qayığa minməzdən əvvəl qol-qola gülümsəyərək şəkil çəkdiriblər.

“New York Times” qəzetinə danışan Devidin həyat yoldaşı Kristin ata və oğlunun “Titan” partlamazdan əvvəl yaşanan son anları danışıb. O bildirib ki, “Titan” ekipajı qaranlıqda musiqi dinləyib, enerjiyə qənaət etmək üçün isə işığı söndürüb.

QAZİLER.AZ

Diaspora