"Vaqner"in lideri Priqojin: "Məqsədimizə çatdıq"

"Vaqner"in lideri Priqojin:  "Məqsədimizə çatdıq" backend

“Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeniy Priqojin ötən ay Rusiya hakimiyyətinə qarşı həyata keçirdiyi silahlı qiyamla bağlı açıqlama verib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, o bu barədə sosial media hesabında səsli mesaj paylaşıb.

Priqojin mesajında ​​xalqın dəstəyinə hər zamankındən daha çox ehtiyacı olduğunu ifadə edərək bunları deyib:

“Bizim ədalət yürüşümüz xainlərlə mübarizə və cəmiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz”. ifadəsini işlətdi.

Vaqnerin rəsmi sosial media hesabı kimi tanınan “Telegram” kanalında yayılan paylaşımda bunlar qeyd edilib: “ “Vaqner”in xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarusa köçməsi səbəbindən “Vaqner”in regional qırıcıların tədarükü mərkəzlərinin fəaliyyəti bir ay müddətinə dayandırılıb”.

QAZİLER.AZ

Diaspora