"Fiat" daha boz rəngli avtomobil istehsal etməyəcək

"Fiat" daha boz rəngli avtomobil istehsal etməyəcək backend

“Stellantis” qrupuna daxil olan İtalyan avtomobil istehsalçısı “Fiat” boz rəngli avtomobillərin istehsalını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən açıqlamanı şirkətin baş direktoru özü verib.

Şirkət 2023-cü ilin iyun ayından etibarən məşhur çaların brendin palitrasından çıxarılacağını və bütün rənglərin İtaliyanın dənizindən, günəşindən, səmasından və torpağından ilhamlanacağını açıqlayıb.

“Fiat”ın CEO-su və “Stellantis”in marketinq direktoru Olivier Francois: "Bu qərar sevinc, rəng və nikbinlik brendi kimi Fiatın liderliyini daha da möhkəmləndirmək məqsədi daşıyır. İtaliya rənglər ölkəsidir və biz insanları nikbinlik və pozitivliklə yaşamağa ruhlandırmaq istəyirik", deyib.

Markanın yeni fəlsəfəsi ilə gələcək ilk model iyulun 4-də təqdim olunacaq Fiat 600e elektrik krossoveri olacaq və bu modeldə boz rəng seçimi olmayacaq.

QAZİLER.AZ

Diaspora