Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 günlük bayram tətilindən sonra zəlzələ bölgəsində ucaldılan evlərlə bağlı açıqlama verib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, o bu barədə bu gün keçirilən Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısında danışıb. Ərdoğan evlərin sentyabr, oktyabr, noyabr aylarından başlayaraq təhvil verilməyə başlayacağını bildirib:
“Bayramda zəlzələ qurbanlarımızı diqqətdən kənarda qoymadıq. Zəlzələ qurbanlarımıza tək olmadıqlarını hiss etdirdik. Məqsədimiz 310 min zəlzələ evlərini təslim etməkdir.
Yeni yaşayış evlərinin təhvil verilməsi sentyabr-noyabr aylarında başlayacaq. Evi dağıdılan vətəndaşlarımızın yeni bayramı evlərində qarşılamağı qarşımıza məqsəd qoymuşuq. Allahın izni ilə əsrin fəlakətini birlikdə aşacağıq. Biz dayanmadan çalışacağıq. Əsas gündəliyimiz zəlzələ zonasıdır”, - Ərdoğan açıqlayıb.
QAZİLER.AZ