Qətliam kimi qəza: 8-i uşaq, 13 nəfər öldü - YENİLƏNİB

Qətliam kimi qəza: 8-i uşaq, 13 nəfər öldü - YENİLƏNİB backend

Qəza gecə saat 02:00 radələrində Aksaray-Adana yolunda, Niğdenin Bor qəsəbəsi yaxınlığında baş verib. Adana istiqamətində gedən sürücüsü hələ müəyyən olunmamış “34 BA 4388” nömrəli mikroavtobus nəzarətini itirərək yolun iki tərəfindəki maneələrə çırpılıb.

Elə bu zaman arxasından gələn 50 yaşlı Həmdullah Akyüzün idarə etdiyi “68 DZ 067 “ markalı avtomobil də avtobusa çırpılıb.

Qəza zamanı avtobusda olan 11 nəfər ölüb. 3 nəfər yaralanıb. Yaralılardan daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Ölənlərdən 8-i uşaq olub. Qeyd edək ki, onlar qəza zamanı yaralan Emrah Özçelik üçün Hataya elçiliyə gedirmişlər.
**
10:20
Türkiyənin Niğde şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir minik avtomobili ilə kiçik yük maşınının toqquşması nəticəsində onlarla şəxs ölüb, yaralıların sayı məlum deyil.

Verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 13 nəfərdir.
Diaspora