Sergey Lavrov: “NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görəcək“

Sergey Lavrov: “NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görəcək“ backend

“NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır”.

“RİA Novosti”nin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya cəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”, - deyə o vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur.

Xatırladaq ki, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub.
Diaspora