İsveçdən yeni açıqlama: Qurani-Kərimi yandırmaq...

İsveçdən yeni açıqlama: Qurani-Kərimi yandırmaq... backend

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, İsveçdə Qurani-Kərimin yandırılması onun ölkəsinin yaxşı imicini pisə doğru dəyişə bilər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Billström: "İsveç islamofob kimi göstərilməyə davam edərsə, onun yaxşı imici uzunmüddətli perspektivdə pisə doğru dəyişəcək" deyib.

"İsveçdə Quranın yandırılması ölkəmizin yaxşı imicini pis imicinə çevirə bilər", - Billström ifadəsini işlədib.

İsveçin öz reputasiyasını xilas etmək üçün mübarizə apardığını qeyd edən Billström, "İsveç İslamofob kimi göstərilməyə davam edərsə, İsveçin yaxşı imici uzun müddətdə daha da pisə doğru dəyişəcək. Bunun İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesində hansı nəticələrə səbəb olacağını proqnozlaşdırmaq çətin görünür.

Bununla belə, hökumətin də ifadə azadlığını müdafiə etməsi vacibdir", - deyib.

QAZİLER.AZ

Diaspora