İyulun 3-də Yaponiyanın cənub-qərb bölgəsinə yağan güclü leysan yağışları körpünü dağıdıb və Kumamoto şəhərinin 360 minə yaxın sakini təxliyə edilir.
Qaziler.az Kazinform-a istinadən bildirir ki, Yaponiya Meteorologiya Agentliyi bölgədə güclü yağışların və tufanların çərşənbə axşamı günortaya qədər davam edəcəyi barədə xəbərdarlıq edib və sakinləri mümkün sürüşmə və daşqınlara qarşı diqqətli olmağa çağırıb.
Kumamoto prefekturasının Yamato və Maşiki qəsəbələrində yağıntının miqdarı saatda 82 mm və 80 mm-ə çatıb ki, bu da iyulda bu ərazilər üçün rekord göstəricidir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Yamato kəndi ərazisindən axan kiçik çay üzərində 37 metrlik beton körpü leysan yağışlar nəticəsində uçub. Ölən və yaralananlar barədə məlumat verilmir.
QAZİLER.AZ