Çoban tapa bilmədilər, aylığı 20 minə İrandan gətirdilər - FOTO

Çoban tapa bilmədilər, aylığı 20 minə İrandan gətirdilər - FOTO backend

Aylıq 20 min tl (1300 manat) maaş və əlavə yemək xərcinə baxmayaraq Türkiyənin Hakkari bölgəsində çoban tapa bilməyən yerli fermerlər heyvanlarına baxmaq üçün İrandan 37 yaşlı Əli Əhmədi  gətiriblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Boybəyi kəndində sürüyə baxan çoban Əli Əhmədi: "Çobanlıq çətindir, amma ailəmi dolandırıram" deyib.

Yaz-yay mövsümlərində fermerlər yerli çoban tapa bilmədiklərinə görə, məsələnin həllini İrandan çoban gətirməkdə görüblər.

Ayda 20 min TL ödəyən və yemək xərclərini qarşılayan türkiyəli fermerlərin təklifinə müsbət cavab verən iranlı Əli Əhmədi Boybəyi kəndində bir müddətdir ki, çobanlıq edir.

Sürüyə qulluq etməklə yanaşı, “berivan” adlanan qadınlara süd sağmaq, pendir, qatıq və yağ hazırlamaqda da köməklik edən Əli Əhmədi İranda iş imkanlarının məhdud olduğunu bildirib.

Hakkaridə 4 ay çobanlıq edəcəyini bildirən Əli Əhmədi, "700 qoyun sürüsünə baxıram. Türkcə bilmədiyim üçün yerli xalqla kürdcə ünsiyyət qururam", - deyib.

QAZİLER.AZ

 

 

Diaspora