Makron hökumətə təlimat verdi: Asayişi bərpa edin

Makron hökumətə təlimat verdi:  Asayişi bərpa edin backend

Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlar davam edir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, nümayişçilər yenidən polislə toqquşub. Hadisələrdə saxlanılanların sayı 3000-ə yaxınlaşıb.

Bununla bağlı toplantı Fransa prezidenti Makron  bəzi hökumət üzvləri ilə görüşüb.

Ölkədə asayişin bərpası üçün bütün variantların, o cümlədən fövqəladə vəziyyətin müzakirə edildiyi Fransada prezident Emmanuel Makron Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Gerald Darman da daxil olmaqla nazirlərlə görüşüb. 

İclasda Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı tapşırıb.

QAZİLER.AZ

 

Diaspora