Qazaxıstanın Rusiyadakı səfiri dəyişib

Qazaxıstanın Rusiyadakı səfiri dəyişib backend

Qazaxıstan prezidenti Tokayev MDB baş katibinin keçmiş müavini Abayevi Rusiyaya yeni səfir təyin edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Abayevi Qazaxıstanın Rusiyadakı yeni səfiri təyin edib. Dauren Abayev Müstəqil Dövlətlər Birliyinin keçmiş baş katibinin müavini və keçmiş mədəniyyət naziridir. 

Dövlət başçısının sərəncamında deyilir: “Abayev Dauren Askerbekoviç Qazaxıstan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib”.

İyunun 16-da Kasım-Jomart Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.

QAZİLER.AZ

Diaspora