Parisdən KRİTİK QƏRAR: PUA-lar havaya qaldırılır

Parisdən KRİTİK QƏRAR: PUA-lar havaya qaldırılır backend

Paris Prefekturası polis idarəsinə Fransa paytaxtında görüntüləri toplamaq, qeyd etmək və ötürmək üçün PUA-lardan istifadə etməyə icazə verib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, icazə ümumi istifadədə olan avtomobil yollarına şamil edilir və iyulun 2-si axşamdan iyulun 3-ü səhərədək etibarlı olacaq.

Polis həmçinin Parisin şimal ətraflarında və qərb ətrafının bəzi kommunalarında məlumat toplamaq üçün PUA-lardan istifadə etmək hüququ əldə edib.

Toplanan məlumatların Fransada iğtişaşlara qarşı mübarizəyə töhfə verəcəyi güman edilir.

Qeyd edək ki, Fransada iğtişaşlar 17 yaşlı sürücünün iyunun 27-də yol patrulunun tələblərinə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra başlayıb. Əlcəzairli yeniyetməni güllələyən fransız polis məmuru nəzarətə götürülüb. Mərhumun dəfn mərasimi şənbə günü keçirilib.

 

 

Diaspora