KİV: Iran və Misir avqustda aviaəlaqəni bərpa edəcək

KİV: Iran və Misir avqustda aviaəlaqəni bərpa edəcək backend

İran və Misir hakimiyyətləri avqust ayında iki ölkə arasında birbaşa aviauçuşları bərpa etmək niyyətindədir.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran Aviadaşıyıcılar və Turist Xidməti Assosiasiyası 45 gün sonra Tehran-Qahirə marşrutu ilə ilk təyyarənin uçacağını açıqlayıb.

Qeyd edək ki, İslam inqilabından sonra Misirin devrilən İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsiylə əlaqədar 1980-ci ildə Qahirə və Tehran arasında əlaqələr dayanıb. Misir və İsrail arasında sülh razılaşması da Qahirə-Tehran münasibətlərinə mənfi təsir göstərib. İki ölkə arasında münasibətlər yalnız 2010-cu ildən normallaşmağa başlayıb, ancaq indiyə qədər rəsmi münasibətlər bərpa olunmayıb.

Bu il mayın əvvəlində “Al-Araby Al-Jadeed” nəşri yaxıb ki, Oman İran-Misir əlaqələrinin bərpası üçün vasitəçilik təşəbbüsü ilə çıxış edib. Mayın 21-də Oman sultanı Haysam Əl Said Qahirəyə səfər edib, Prezident Abdel Fəttah as-Sisi ilə görüşüb. Bir həftə sonra isə sultan İrana rəsmi səfər edib, Prezident İbrahim Rəisi ilə görüş keçirib. Mayın 30-da İbrahim Rəisinin Misirlə diplomatik əlaqələrin bərpası üçün Xarici İşlər Nazirliyinə tapşırıq verdiyi açıqlanıb.

 

 

Diaspora