Merin evinə hücum edildi, arvadı və uşağı yaralandı

Merin evinə hücum edildi, arvadı və uşağı yaralandı backend

Fransanın İl-de-Frans regionunun mərkəzi olan Lay-le-Roz şəhərinin meri Vinsent Janbryunun evinə hücum edilib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Janbryun Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman özü meriyanın binasında olub.

 

 

Diaspora