Mina dağında 100 nəfərin öldüyü, 390 nəfərin yaralandığı bildirilir. Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
QAZİLER.AZ-ın "Mİlliyet"ə istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 100 nəfər ölüb, 390 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.Hələlik hadisənin səbəbləri bəlli deyil.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır. Hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır.
İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
x x x
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.