ABŞ Çinə qarşı birtərəfli soyuq müharibəyə başladı və bu ölkəni silahdan istifadə etmədən məğlub etməyə çalışdı.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi direktoru Aleksandr Lukin deyib.
“Vaşinqtonda Çin iqtisadiyyatını "boğmağa" və onların texnoloji inkişafını dayandırmağa cəhdlər edilir. ABŞ bunu ticarət tarifləri və çiplərin Çinə ixracına ciddi məhdudiyyətlərin köməyi ilə etməyə çalışır. Bu, mümkün olmayacaq, çünki Çin nəhəng bazara malikdir və onu dünyadan təcrid etmək mümkün deyil”, - Lukin bildirib.