Avropa İttifaqı İsveçdə Quranın yandırılmasını kəskin şəkildə pisləyən bəyanat yayıb.
QAZİLER.AZ Publika.az -a istinadən xəbər verir ki, Aİ bu hərəkəti "təhqir, hörmətsizlik və açıq-aşkar təxribat" adlandırıb.
Aİ öz bəyanatında Quranın yandırılmasına kəskin etirazını bildirib və bunun Avropa Birliyinin fikirlərini əks etdirmədiyini vurğulayıb.
Aİ təsdiq edib ki, “irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlük təzahürlərinə” Avropada yer yoxdur.
Aİ həm üzv dövlətlər daxilində, həm də beynəlxalq səviyyədə din və ya inanc azadlığını və ifadə azadlığını qorumaq öhdəliyini bir daha təsdiqləyib.
Bəyanatda qarşılıqlı anlaşma və hörmət naminə birliyin vacibliyi vurğulanır və bütün iştirakçı tərəflər gərginliyin daha da artmasının qarşısını almağa çağırılır.