Yəmənin paytaxtı Səna şəhərində məscid partladılıb. APA TV-nin "Kommersant.ru"ya istinadən verdiyi məlumata görə, partlayış bayram namazı qılınarkən törədilib. "Əl-Balili" məscidində baş verən partlayış nəticəsində 25 nəfər həyatını itirib, çoxlu yaralı var. Ölü sayının artacağı istisna olunmur. Bildirilir ki, məscid Polis Akademiyasının yaxınlığında yerləşir və akademiyanın binasına da zərər dəyib.
Hələlik heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.